-
Türkiyədə hakim partiyasının bağlanması tələbi ilə Konstitusiya Məhkəməsində AK partiyanın nümayəndələri müdafiə çıxışı etməlidirlər.
-
Mətbuata əsasən iyulun 3-də iki günlük səfərlə Bakıya gələn Rusiya prezidenti Azərbaycan qazını almaq barədə öz təklifinə "konkret bir cavab almağa çalışacaq".
-
AŞPA prezidenti Luis de Puç deyib ki, Bakı siyasi məhbuslarla bağlı iradəsini nümayiş etdirməsə sentyabrda bu məsələ üzrə məruzəçi təyin olunacaqdır.
-
İstefada olan iki generalın həbsi hərbçilərə rəğbət və hörmətlə yanaşan Türkiyədə sarsıntıya səbəb oldu.
-
Alimlər deyirlər ki, Stradivari skripkalarına məxsus dərin və təkrar olunmaz səs keyfiyyəti bu alət üçün istifadə edilmiş ağacların sıxlığından irəli gəlir.
-
İran lideri Ayətulla Ali Xameneyinin müşavirlərindən biri olan Əli Əkbər Vilayəti deyib ki, Tehran uranın zənginləşdirilməsi ilə bağlı böhrana son qoymalıdır.
-
Türkiyə Quru Qüvvələri komandanı İlker Basbuğ iki generalın həbsi və iddia edilən çevriliş cəhdi ilə bağlı aparılan istintaqı şərh edərək təmkinli olmağa çağırıb.
-
Sankt-Peterburq şəhərində avropalı həmkarları ilə görüşdə Rusiyanın baş prokuroru deyib ki, jurnalisti qətlə yetirənlərin yeri barədə məlumata malik deyil.
-
Monqolustanda ötən həftə keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı etiraz çıxışlarında 4 nəfər həlak olub. Onlarla adamın xəsarət aldığı bildirilir.
-
Səhər saat 5-də çoxmərtəbəli yaşayış binasında baş verən partlayışda iki nəfər ölüb və 9 nəfər xəsarət alıb. İşlə bağlı cinayət işi qaldırılıb.